Cümə axşamı, 09 May

"Vüqar Səfərlini qurbanlıq quzu kimi məhkəmə qarşısında oturdublar" - Deputat

image

Millət vəkili Etibar Əliyev bir sıra jurnalistlər haqqında sərt fikirləri ilə yenidən gündəmə gəlib:

"Sovet vaxtı jurnalistə az rast gəlmək olurdu. O zaman yalnız rəsmi qəzet və jurnallar vardı. O qəzet və jurnallarda senzuradan keçən yazılar yazmaq lazım idi. Bunu etməyə hər adama icazə verilmirdi. SSRİ dağılandan sonra müstəqil qəzetlər ortaya çıxmağa başladı. Jurnalist olmayanlar, sahə ilə heç bir əlaqəsi olmayanlar qəzet təsis etməyə başladılar.Qəzet varsa orada məqalələr, xəbərlər, intervülər də olmalı idi. Və bu boşluğu doldurmaq üçün qeyri-ixtisas sahibləri qəzetlərə axışmağa başladılar. Çap mediasında və televiziyada çalışan 15-20 peşəkar jurnalist xaric öz yazı üslubu ilə, diskussiya aparmaq qabiliyyəti ilə seçilən jurnalist tapmaq çətin idi. Bununla da jurnalistika urvatdan düşdü. Sonra İnformasiya cəmiyyətinə qədəm qoyduq. Saytlar yarandı. Burada peşəkarlıq daha da azalmağa başladı. Elementar cümlə qura bilməyən şəxslərə başladılar jurnalist vəsiqəsi paylamağa. Ölkədə 78 min adam cibində jurnalist vəsiqəsi gəzdirir. Bir dəfə qrant seli gələndə jurnalistlərin sayı artdı, ikinci dəfə mətbuata “Marşal yardımı” (Əli Həsənov və Vüqar Səfərov payı) veriləndə bu artım özünü göstərdi, nəhayət jurnalistlər üçün bina tikiləndə bu say öz pik həddinə çatdı. Bu ülvi peşəni beləcə gözdən saldılar. Sonra bəzi imtiyazlardan istifadə üçün redaktorlar redaksiyanı qohumları və tanışları ilə doldurdular. Mənzillə təminat məsləsi ortaya çıxanda jurnalistlərin sayı həndəsi silsilə ilə artmağa başladı. Hələ indinin özündə də bu peşə “sahibləri”nin çoxu peşənin mahiyyətini başa düşmür. Əslində nə baş verir, bu gün mənim təklifimi süngü ilə qarşılayan bəzi oliqarx redaktorlar öz əməkdaşlarının da mənzil məsələsini həll edə bilərdilər, gəlirlərini kişik bir hissəsini xərcləməklə. İndi 3-cü bina məsələsi düşəndə bu oliqarxlar media kapitanları işə jurnalist adı ilə götürdükləri yaxınlarına ev söz veriblər. Onları əndişələndirən də budur. İllərdir Azərbaycan jurnalistikasının sifəti Əflatun Amaşov və reket jurnalistikanın himayəçisi Müşfiq Ələsgərli olub. İndi də bu sifətlərə nə qədər maska taxırlar taxsınlar, keyfiyyət əlavə edə bilmirlər. Səbəb sadədir. Məsələn, Amaşovun nə nitqini anlamaq mümkündür, nə də ortaya qoyduğu fundamental bir əsəri, məqaləsi var. Təsəvvür edin ki, bu istedadsızlar ilk iki binada mənzil paylayanda olduqca istedadlı davranıblar və nəticədə də qabiliyyəti bir qəzet köşkünü idarə etməkdən uzağa getməyən Vüqar Səfərlini qurbanlıq quzu kimi məhkəmə qarşısında oturdublar. Halbuki mətbuatımızın düşdüyü acınacaqlı duruma görə bu üçbucağın bütün bucaqlarını, yəni Əli Həsənov-Vüqar Səfərli- Əflatun Amaşovu bir-birindən ayırmaq ədalətsizlikdir. Bura Müşfiq Ələsgərli də aid edilməlidir. İndi Sevil Gültən kimi ədəbiyyatımızı ingiliscəyə çevirən dəyərli tərcüməçimiz yenə də kirayədə yaşamağa davam edəcək. İndi yenə də oliqarx redaktorların bığının və bəzilərinin də saqqalının altından keçməyən əsl peşəkar jurnalistlər evsiz qalacaqlar. Jurnalistikaya peşə kimi deyil, iş yeri kimi baxanlar mötəbər siyahıda bir-birini salamlayacaqlar. Məhz bu ədalətsizliyə görə demişəm ki, şəhid və qazi ailələrinə bu mənzillər verisə, yaxşı olardı. Əlbəttə, ortada prezidentin sərəncamı varsa, son söz də onun olacaqdır. Ancaq istənilən məsələ ilə bağlı fikir bildirən zaman onu ədəbli şəkildə tənqid etməyi də öyrənmək peşəkarlıq əlamətidir. Bunu bacarmayanları da qınamaq olmur. Çünki peşəkar jurnalist partiya qəzetinin, hansısa oliqarxın media holdinqinin, yaxud da partiya funksioneri kimi fəaliyyətin arxasında boy göstərməyi özünə rəva bilməz, yazısıyla, düşüncələriylə dəyər qazanar".


Etibar Əliyev

Milli Məclisin deputatı

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32